Xankəndidə “Halo Trust”un bazası və yararsız minatəmizləmə avadanlıqları aşkarlanıb - FOTOLAR

2023/10/1698646553.jpg
Oxunub: 27188     10:12     30 Oktyabr 2023    
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) humanitar minatəmizləmə fəaliyyətləri zamanı Xankəndi şəhəri ərazisində “Halo Trust” qeyri-hökumət təşkilatının bazasını aşkarlayıb.

Ordu.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Beynəlxalq humanitar qeyri-hökumət təşkilatı olan “Halo Trust”a məxsus bazada qəsdən yararsız hala salınmış xeyli sayda minatəmizləmə avadanlıqları, detektorlara rast gəlinib.

Halbuki bu avadanlıqlar humanitar minatəmizləmə əməliyyatlarında istifadə edilə və mina təhlükəsinin aradan qaldırılmasına xidmət edə bilərdi. Lakin təhlükəsiz mühitin yaradılması məqsədilə istifadə üçün nəzərdə tutulan maddi-texniki vasitələr qəsdən məhv edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Xankəndi   ANAMA  


Bizi "telegram"da izləyin