Bu barədə
Ordu.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Xidmətin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirakçıları sərt iqlim şəraitində mürəkkəb relyefə malik olan dağlıq ərazini böyük ruh yüksəkliyi və əzmkarlıqla fəth edərək təyin olunmuş zirvəyə qalxıb, orada Azərbaycanın Dövlət Bayrağını və “Həyatı nəsillərə nümunə olan və xalqın qəlbində əbədi yaşayan Ümummilli Lider Heydər Əliyev – 100 il” sözləri yazılmış barneli ucaltmış, Dövlət Himnini ifa ediblər.
Yürüş iştirakçıları zirvədə “Müasir Azərbaycanın memarı və qurucusu, Dövlət Sərhəd Xidmətinin yaradıcısı Dahi Öndər Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaqdır” sözləri əks olunmuş metal lövhəni qaya üzərində bərkidiblər.
Ordu.az