DSX-də akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib - FOTOLAR

2023/04/dsx_a-1682689849.jpg
Oxunub: 3569     17:31     28 Aprel 2023    
28 aprel 2023-cü il tarixdə Dövlət Sərhəd Xidmətində (DSX) görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Bu barədə Ordu.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın məzarını ziyarət etmiş və önünə gül dəstələri düzübər.

Dövlət Sərhəd Xidmətində keçirilən tədbirdə dünya şöhrətli alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən foto sərgi nümayiş etdirilmiş, istedadlı alim, bacarıqlı pedaqoq, qayğıkeş ana olan Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verilb.

Tədbirdə Milli Məclisin deputatları Ülviyyə xanım Ağayeva və Sevil xanım Mikayılova iştirak ediblər.

Keçirilən tədbirdə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə хanımın еlm üçün gözəl tədqiqatçı, övladlarına qayğıkеş valideyn olması qeyd edilmiş, onun keçdiyi həyat yolunun gənc xanımlarımızın formalaşması baxımından parlaq nümunə olması vurğulanıbdır.

Zərifə xanımın oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatların, qazandığı nailiyyətlərin, yaratdığı fundamental əsərlərin Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil etməsi, 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, göz xəstəlikləri üzrə elmi-tədqiqаt işlərinin dünyа oftаlmologiyа məkаnındа akаdemik Zərifə xanım Əliyevаya böyük şöhrət gətirdiyi barədə məlumat verilib.

Sonda tədbir iştirakçılarına “İşığa aşıq ömür” sənədli filmi nümayiş etdirilmişdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: DSX   Tədbir  


Bizi "telegram"da izləyin