Erməni oliqarx: “Bu gün 50 tərəfdarımızı aparıblar”

2026/06/1780822831.jpg
Oxunub: 221     12:54     07 İyun 2026    
Erməni oliqarx, “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan seçki günü tərəfdarlarının saxlanıldığını iddia edib.

Ordu.az xəbər verir ki, bu barədə Tsarukyan iyunun 7-də parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında danışıb.

“Bu gün 50 tərəfdarımızı aparıblar”, - deyə o bildirib.

Tsarukyan bu addımları əsassız adlandırıb.

Erməni oliqarx əlavə edib ki, vahid müxalifətin hakimiyyət üzərində qələbə qazanmaq şansı var.

“Biz qalib gələcəyik, artıq qalib gəlmişik. Baş nazirliyə namizədi ən çox səs toplayan siyasi qüvvə irəli sürəcək”, - deyə o qeyd edib.

Tsarukyanın sözlərinə görə, hakimiyyət onun zəif nöqtələrinə zərbə vurulduğunu görür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tsarukyan  


Bizi "telegram"da izləyin