Ordu.az-ın məlumatına görə, bu barədə "Reuters" Prezident Ofisinə istinadən xəbər verib.
Əgər parlament təsdiqləsə, Han Son Suk Cənubi Koreyanın 20 ildən sonra ilk qadın Baş naziri olacaq.
Prezident Administrasiyasının rəhbəri Kan Xun Sik brifinqdə bildirib ki, Cənubi Koreyanın internet nəhəngi "Naver"in keçmiş baş direktoru Son Sukun ölkənin süni intellektin tətbiqi prosesinə rəhbərlik edəcəyi gözlənilir.
"Han yarımkeçirici istehsal bumu və ixracatın artması ilə şərtlənən Cənubi Koreyanın iqtisadi artımını kiçik və orta müəssisələr də daxil olmaqla, hər kəsə təsir edəcək hərtərəfli böyüməyə çevirə biləcək", - o deyib.
Agentlik qeyd edir ki, Cənubi Koreyanın prezidentlik idarəetmə sistemində Baş nazirin rolu əsasən mərasim və inzibati xarakter daşıyır.
Ordu.az