Lavrovun Bakı səfərində müəmmalı açıqlamalar – İsrar etməyəcəyik, səyləri alqışlayırıq

2019/04/10281-1555486514.jpg
Oxunub: 1980     11:37     01 Mart 2023    
“Biz xidmətlərimizi çox da israrlı şəkildə təklif etməyəcəyik”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında Ermənistan və Azərbaycan arasında Moskvada görüş təşkil etməyə hazır olduqlarını bəyan edərkən deyib. O qeyd edib ki, Bakı hazırdır, İrəvan da etiraz etmir, lakin hələlik yekun razılıq verilməyib. Lavrovun çox da israr etməyəcəkləri ilə bağlı bəyanatı yalnız Ermənistana yönəlib, yoxsa başqa dipnot axtarmaq lazımdır? Təbii ki, Lavrov əsasən Ermənistana çağırış edir, habelə çox güman ki, problem daha genişdir və bu barədə dəfələrlə qeyd etmişik.

Xüsusilə, hazırda Rusiya ən azı taktiki geri çəkilmə mövqeyindədir və təvazökar imkanlar şəraitində minimal problemlər sahəsində fəaliyyət göstərməyə üstünlük verir. Və bəlkə də ən az problem, digər vasitəçilik ambisiyalarına və ya səylərinə, belə desək, regional status-kvonun dəyişməsini və Rusiyanın mövqelərinin strateji zəifləməsini təmin etməməsi mənasında “maneçilik törətmək” olardı. Mümkündür ki, buna görə Lavrov çox da israrlı şəkildə çıxış etməyəcəklərini bəyan edir, çünki praktiki olaraq hər bir iddia Rusiyadan nəticəyə uyğun olmayan səylər tələb edir. Yəni mahiyyət etibarilə belə çıxır ki, Ukrayna istiqamətində ən ciddi problemlərlə üzləşən Moskva Qafqaz istiqamətində vasitəçilik səyləri göstərsə də, hələ də nəzərəçarpacaq nəticə əldə edə bilmir.

Yeri gəlmişkən, bu kontekstdə Lavrovun Prezident İlham Əliyevlə görüşdəki salamlama nitqinə diqət etməliyik. O bəyan edib ki, bir çox beynəlxalq tərəfdaşlar Ermənistan və Azərbaycan arasında nizamlanmaya töhfə verməkdə maraqlıdırlar və Rusiya dəfələrlə bəyan edib ki, onlar vəziyyətin sabitləşməsini, buradakı bütün ölkələrə qarşılıqlı hörmət və maraqlar əsasında əməkdaşlıq etmək imkanı yaradacaq istənilən səyi alqışlayırlar.

Təbii ki, Lavrovun bəyanatı birmənalı deyil, daha çox vəziyyətin nizamalanmasında “sülh” mövqeyindən çıxış etdiklərini göstərmək məqsədi daşıyır. Rusiya dəfələrlə Avropa İttifaqının və ya ABŞ-ın səylərinin prosesi zədələdiyini, təxribat məqsədi daşıdığını bəyan edib. Hazırda Rusiyanın “xətti” ilə yanaşı, praktiki mənada ABŞ və Avropa İttifaqının da iştirakı ilə daha bir Qərb “xətti” mövcuddur. Və əgər Lavrov bu aktorları nəzərdə tutmursa, başqa hansı beynəlxalq tərəfdaşları nəzərdə tutur, kimin marağını alqışlayır? Bəlkə, fevralın əvvəlində Azərbaycan və Ermənistana regional səfərdə olan və vasitəçilik etmək istədiyini bildirən Misir prezidenti Sisi nəzərdə tutulur?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin