Varşavadan Pekinə uzanan “təhlükəsizlik çətiri”ndə Qafqaz – ANALİZ

2023/02/1675860354.jpg
Oxunub: 8013     20:18     08 Fevral 2023    
Polşa Varşava yaxınlığında “Patriot” hava hücumundan müdafiə sistemlərini yerləşdirib. Polşa hərbi rəhbərliyinin fikrincə, bu, ölkənin müdafiə qabiliyyətinin mühüm tərkib hissəsidir. Bir neçə gün əvvəl Moskvada binaların damlarında zenit-raket sistemlərinin yerləşdirilməsi barədə görüntülər Rusiyanın “Telegram” kanallarında yayıldı və bu görüntülər sonradan rəsmi şəkildə təsdiqləndi. Bir-iki gün əvvəl Kaluqa yaxınlığındakı meşəlik ərazidə Pilotsuz Uçuş Aparatının partlaması ilə bağlı məlumat yayılmışdı. Onun haradan uçduğu barədə təfərrüatlar məlum deyil.

Lakin fevralın 24-də tamam olacaq Ukraynanın işğalının birinci ildönümü ərəfəsində cəbhədəki gərginliyin yeni səviyyəyə yüksələcəyi dəqiqdir.

Qərb Kiyevi ağır zirehlərli vasitələrlə təmin edir, eyni zamanda 150 km məsafə qət edə bilən uzaqmənzilli raketlərdən də danışılır. Bununla yanaşı, Ukrayna prezidenti Zelenskinin açıqladığı kimi Rusiyanın da təzyiqləri artıracağı gözləntiləri var. Qeyd edək ki, bütün bunlar çox kəskin istiqamətdə inkişaf edə bilər. Vəziyyəti 5 dəqiqədən az müddətdə nüvə müharibəsinə gətirəcək Qərb-Rusiya və ya NATO-Rusiya birbaşa istiləşməsi baş verə bilər ki, bu da öz ağırlığı ilə atəşkəs və vəziyyətin soyudulması üçün “informasiya-təbliğat” zəminini yaradacaq. Təbii ki, bunsuz heç bir tərəf bu cür siyasi razılığa və qərara getməz. Habelə Qafqaz regionu üçün bu cür inkişafın hansı nəticələri verəcəyindən danışmağa ehtiyac yoxdur.

Eyni zamanda qeyd etmək lazımdır ki, başqa bir hal və yüksək risk bölgəmizə birbaşa “yaxındır”. Söhbət, Rusiya ilə NATO arasında daha da istiləşmənin və dərhal dağıdıcı münaqişənin baş verməməsi, eyni zamanda vəziyyəti sərinləşdirmək, buna görə də Rusiyanın “çevrəsi” boyunca vəziyyətin hansısa başqa istiqamətdə qızışmasının müəyyən oluna biləcəyindən gedir. Burada isə Qafqaz hər zaman əsas hədəf zonası olub və olmaqda davam edir, burada bir qığılcım partlayış üçün kifayətdir. Üstəlik, Türkiyədə baş verən və həm bu ölkədə, həm də Suriyada dağıntılara və minlərlə insanın həlak olmasına səbəb olan zəlzələ regional miqyasda vəziyyəti daha az idarəolunan edə bilər.

Xüsusən də son bir neçə gündə ilk baxışda regiondan yenə çox uzaqda görünsə də, praktiki olaraq mühüm əhəmiyyət kəsb edən başqa bir hadisə baş verdi. Keçən il noyabr ayında Balidə Bayden-Cinpinq görüşü ilə başlayan ABŞ-Çin dialoqu çərçivəsində əldə olunan razılaşmaya əsasən, fevralın 5-6-da Dövlət katibinin Pekinə səfəri baş tutmalı idi. Lakin səfər ərəfəsində məlum oldu ki, ABŞ səmasında kəşfiyyat məqsədli Çin hava şarı qeydə alınıb. Nəticədə Blinken səfəri ləğv etdi, daha sonra ABŞ şarı vurmaq qərarına gəldi. Bundan sonra Pekin Balidə başlayan dialoq prosesinə ciddi ziyan vurulduğunu açıqladı.

Qeyd edək ki, Qafqaz artıq çoxdan Qərb-Rusiya qarşıdurması zonası deyil, hibrid, dolayı məntiqlə də olsa, lakin nəzərəçarpan təsiri olan ABŞ-Çin qarşıdurması Qafqazda uzun müddətdir ki, cərəyan edir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Çin   Rusiya   Qafqaz  


Bizi "telegram"da izləyin