Ayətullahın “casusluq yuvası” əslində ən sərt “qalalar”da cəmləşib? – ARAŞDIRMA

2022/12/1670566244.jpg
Oxunub: 5234     12:26     09 Dekabr 2022    
43 il əvvəl özlərini “İmam Xomeyinin davamçıları olan müsəlman tələbələr” adlandıran qrup Amerikanın Tehrandakı səfirliyinə hücum etmişdi və səfirliyin əməkdaşlarını girov götürmüşdü. Ayətullah Ruhullah Xomeyninin rəhbərliyi altında İranın yeni inqilabi hökuməti səfirliyi “casusluq yuvası” adlandırıb.

Girov böhranı İranın Birləşmiş Ştatlarla münasibətlərinə uzun kölgə saldı, problemlər bu gün də qalmaqdadır. Vaşinqtonda bu hadisənin İran hökumətinin kəşfiyyat və əks-kəşfiyyata baxışına qalıcı təsiri və onun simvolizminə daha az diqqət yetirilir.

Səfirliyin ələ keçirildiyi vaxtdan İran Qərbin güclü izi olan yerdə onilliklər ərzində casusların axtarışı ilə məşğul olub. İnqilabi ideologiyanın güclənməsinə xidmət edən zehniyyət son nəticədə təhlükəsizlik aparatının şübhələrini inqilabdan sonrakı dövlətin seçilmiş komponentləri (İran İslam Respublikasının “respublika” hissəsi) ilə əlaqəli şəxslərə və qurumlara yönəldib.

1979-cu il inqilabından sonra bəlkə də ilk dəfə bu zehniyyət həm kəşfiyyat dairələrində, həm də ictimaiyyətdə dəyişməyə başlayıb. ABŞ Prezidenti Donald Tramp administrasiyasının “maksimum təzyiq” kampaniyası İranın başqa cür qruplaşmış siyasi sistemini homogenləşdirmə, təhlükəsizlik və sağ qalmaq məsələlərində konsensusa doğru itələdi. Bu, 2018-ci ildə ildə Tehrandakı anbardan İranın yarım tondan çox “atom arxivini” İsrailə çıxarmağa imkan verən kəşfiyyat uğursuzluqları da daxil olmaqla, sanksiyalar nəticəsində dövlət resurslarının kiçilməsi ilə yanaşı, İranın kəşfiyyat və təhlükəsizlik aparatında axtarış aparılmasına səbəb olub.

İranın kəşfiyyat naziri Mahmud Ələvi 2019-cu il avqustun 24-də canlı televiziyada həyəcan təbili çalıb. Ələvi deyirdi ki, İranda heç vaxt indiki kimi “düşmənlər içəridəkilərə bu qədər yaxınlaşmayıb”. O, özünün paralel kəşfiyyat təşkilatını idarə edən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kimi sərt mövqeli güc mərkəzlərinə işarə edib.

Ələvi daha sonra Kəşfiyyat Nazirliyində “sızma idarəsi”nin formalaşdığını elan edib və onun əsas vəzifəsi “dəyişən” (və ya seçilmiş) əvəzinə “sabit” (yaxud seçilməmiş) dövlət idarələrinə yaxından nəzarət etmək idi. Bunlar, Ələvinin xarici kəşfiyyat agentlikləri tərəfindən dəstəklənən elementlərin şokedici dərəcədə uzun müddət - 20 il ərzində yavaş-yavaş alovlanan infiltrasiya strategiyasında yerləşdiyinə inandığı idarələr idi.

Ələvinin fikrincə, casusların kökünü kəsmək, ilk növbədə, xarici dövlətlərə açıq rəğbət bəsləyənləri tapmaqdan yox, onların əks tərəflərini araşdırmaqdan ibarət olacaq: “Casuslar adətən ən qızğın [inqilabçı] şüarları qəbul edir və başqalarını tez bir zamanda ittiham edirlər”. İranın kəşfiyyat naziri izah edib ki, onlar ən kiçik şübhə və sinizmə məruz qalırlar.

Ələvi müsahibə verməzdən bir müddət əvvəl Ayətullah Əli Xameneyinin birbaşa nəzarət etdiyi SEPAH-da bəzi yüksək səviyyəli komandirləri dəyişdirdi. Dəyişikliklər həm İranın regionda hücum mövqeyini gücləndirmək, həm də əvvəlki təhlükəsizlik pozuntularını aradan qaldırmaq məqsədi daşıyırdı. İran kəşfiyyatı bir sıra əhəmiyyətli itkilərin qarşısını ala bilməyib: 2011-ci ildə baş vermiş partlayışda ölkənin “raket atası” general Həsən Tehrani Moqaddamin ölməsi, 2010-2012-ci illər arasında sui-qəsd nəticəsində öldürülən bir sıra iranlı nüvə alimləri, İsrailin çox məxfi nüvə sənədlərini aparması. Bu cür uğursuzluqlar hər şeyin dövlətin ən gizli orqanlarında lazım olduğu səviyyədə olmamasını göstərirdi.

İran ictimaiyyətində yeni bir fikir formalaşdı, bu fikir sərt xətt (radikal) tərəfdarlarının casus ola biləcəyi və ən inqilabi dövlət orqanlarının əsl “casusluq yuvası” ola biləcəyi ilə bağlı idi. “Moj” Xəbər Agentliyinin radikal iranlı jurnalisti Əmir Tohid Fazel avqustun sonlarında İsveçə qaçdıqdan sonra bu fikir daha da inam qazandı. Fazel güclü radikal açıqlamaları ilə məşhur idi və təhlükəsizlik aparatındakı nüfuzlu şəxslər və orqanlar siyasi maraqlarını inkişaf etdirmək məqsədilə media əlaqələrindən istifadə etmək üçün ona etibar edirdilər. Onun İsveçdən sığınacaq üçün müraciəti hökumətin daxili “inqilabçı” dairələrində sərt xətt tərəfdarlarının sədaqəti və etibarlılığı ilə bağlı suallar doğurdu.

Fazelin qaçmasından bir neçə gün sonra bir sıra dini mədhiyyəçilər İsrail üçün casusluqda şübhəli bilinərək həbs olundular. İki il əvvəl “Bəsic” milisləri ilə əlaqəsi olan daha 3 mədhiyyəçi də oxşar ittihamlarla həbs edilmişdi. Qeyd edək ki, dini mədhiyyəçilər çox vaxt Ali Rəhbərin Ofisi kimi sərt dövlət qurumları ilə sıx əlaqələrə malikdirlər və İslam Respublikasının ölkə daxilində könülləri və ağılları ələ keçirmək kampaniyasında mərkəzi rol oynayırlar. Nəticədə, onlar əks-casus əməliyyatları üçün adi hədəf olmayıblar.

Daha da gözlənilməz olanı isə SEPAH-la əlaqəli olduğu bilinən “Ammariyon” adlı internet saytının yazarları Məhəmməd Hüseyn Rostami və Reza Qolpurun hekayəsi idi. Onlar 2016-cı ilin sonlarında İsrailə casusluq ittihamı ilə həbs edilib. Və onlar da yüksək rütbəli SEPAH rəsmiləri ilə xüsusi çıxışı və yaxın əlaqələri olan etibarlı insayderlər idi. Rostami əvvəllər Suriya vətəndaş müharibəsində SEPAH adından hərbiləşdirilmiş döyüşçü kimi xidmət edib. Qolpur 2002-ci ildə İranın Kəşfiyyat Nazirliyinin keçmiş islahatçı prezident Məhəmməd Hatəmi dövründəki fəaliyyətini tənqid edən “Xəyalları dinləmə” adlı kitab nəşr etdirmişdi. Elit dairələrində bir mənbəyə görə, Qolpur SEPAH-ın rəqib kimi gördüyü və etibar etmədiyi Kəşfiyyat Nazirliyinin etibarını sarsıtmaq üçün bu kitabı yazıb.

Bu səbəbdən, casusluq ittihamları nəinki çoxları üçün şok oldu, həm də “xain”ə illərlə öz daxili sıralarında işləməyə imkan verən SEPAH-ın özünün etibarlılığı və səriştəsi ilə bağlı suallar doğurdu. Geriyə nəzər saldıqda belə görünür ki, Qolpur texniki cəhətdən casus deyildi, lakin şəxsi və ya təşkilati üstünlük əldə etmək üçün İsrail auditoriyasına həssas kəşfiyyat məlumatları sızdırırdı.

İranın ali rəhbərliyi isə İranın əsl “casusluq yuvaları”nın dövlətin sərt qalalarında olması fikrini qəbul etmir. Daha doğrusu, İran liderləri qorxurlar ki, sərt xətt tərəfdarlarına olan şübhələr İslam Respublikasının dəstək bazasını zəiflədəcək və onun hakimiyyət üzərindəki nəzarətini zəiflədəcək. Xameneyi dövlətin sərt xətt güc mərkəzlərinin nüfuzunu və mandatını gücləndirmək fikrindədir. Ali lider çıxışlarından birində İran hakimiyyətini dövlətin “kritik mərkəzlərində” “mömin və inqilabçı qüvvələr”i işə götürməyə çağırıb.

“Yaşıl Hərəkat” kimi tanınan 2009-cu il etirazları İranda iyunda keçirilən prezident seçkilərinin prezident Mahmud Əhmədinejadın xeyrinə saxtalaşdırıldığına dair geniş yayılmış rəyi ifadə etdi. Həm seçkinin nəticələrinə, həm də dövlətin etiraz hərəkatını zorakılıqla repressiya etməsinə qarşı etiraz o qədər geniş yayılmışdı ki, rəsmilər İranın təhlükəsizlik və kəşfiyyat sistemində sistematik itaətsizlik və ya hətta çevrilişdən ciddi narahat idilər. Xamneyinin göstərişi ilə SEPAH öz kəşfiyyat bölməsini Kəşfiyyat Nazirliyi qarşısında daha güclü rol oynaya biləcək daha böyük bir təşkilata çevirərək bu imkandan istifadə etdi.

Xameneyi yeni səlahiyyətləndirilmiş SEPAH kəşfiyyat təşkilatının rəhbəri vəzifəsinə Hüseyn Taeb adlı yüksək səviyyəli ruhani təyin etdi. İnqilabdan sonrakı ilk illərdən ali liderin etibarlı tərəfdaşı olan Taeb əks-kəşfiyyat sahəsində təcrübəyə malik olmaqla yanaşı, Xamneyi və SEPAH ilə sıx əlaqələrə malik idi. Bu keyfiyyətlər, antiinqilabçı elementlərlə mübarizədə sərt təcrübəsi ilə İran hökumətinin 2009-cu ildə seçkidən sonrakı etirazları yatırmasına kömək etdi.

Görünən inqilabi etimadnaməyə görə ali lider tərəfindən dəstəklənən və milli təhlükəsizliyə yüksək ideoloji baxışdan ilhamlanan SEPAH kəşfiyyat təşkilatı sərt xətt quruluşunu və ya yerli olaraq “dərin dövlət” adlandırılan qurumu qorumağa kömək etdi. Bununla da, təşkilat, şübhəsiz ki, dövlətin inqilabi sütunlarını gücləndirmək və rəqiblərini marginallaşdırmaq ətrafında cəmləşmiş nümayişkaranə bir siyasi gündəm həyata keçirib. İranın rəqib kəşfiyyat agentlikləri milli təhlükəsizliklə bağlı mühüm məsələlərdə əməkdaşlıq edirlər. Lakin hökumətin kəşfiyyat və hərbi rütbələrində sistematik uyğunsuzluğun, itaətsizliklərin və hətta üsyanların qarşısını almaq işi SEPAH kəşfiyyat təşkilatının üzərinə düşüb.

Hatəminin prezidentliyindən sonra quruluşun mötədil qanadına yaxınlaşan Kəşfiyyat Nazirliyi amansız mübarizədən geri qalmamaq üçün vaxtaşırı siyasi məqsədlər üçün casuslar “hazırlayırdı”. Ancaq xarakterik olaraq inqilabi qüvvələrə yönəlmiş hazırkı əks-casus kampaniyası yeni bir şeydir. SEPAH kəşfiyyat təşkilatı kimi həyati əhəmiyyət kəsb edən bir qurumun dəfələrlə təhlükəsizlik uğursuzluqlarına məruz qalması bütün İran rəhbərliyinə baha başa gəlir – bu, əslində o qədər böyükdür ki, uğursuzluqların cavabsız qalmasına imkan vermək, sərt xətt qurumlarının və onların nüfuzunu itirmək riski daşıyır.

Tehrandakı Amerika səfirliyinin ələ keçirilməsindən 40 il sonra İran rəhbərliyi İslam Respublikasının təhlükəsizlik aparatı və idarəetmə strukturunda anti-Qərb inqilabi ruhunu yaşatmaqda qərarlı görünür. Qərbin “casusluq yuvası”nın və onun qəbul edilən yerli təcəssümlərinin kökünü kəsmək üçün mübarizə Xamneyinin daxildə və xaricdə İran haqqında layihələndirmək istədiyi simvolik hekayə olaraq qalır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ayətullah   Casus   SEPAH   İİKK  


Bizi "telegram"da izləyin