Putin “Vaşinqton” prosesi ilə bağlı “ultimatum” təqdim edir – BAXIŞ BUCAĞI

2022/06/62ac8-1655474779.jpg
Oxunub: 5292     11:21     29 Oktyabr 2022    
“Biz Ermənistana nəyisə diktə edə bilmərik və etməyə hazılaşmırıq. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu Vaşinqton planıdır. Və Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar. Əgər Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağ hansısa xüsusiyyətə malikdir və xüsusiyyət nəzərə alınmalıdır, o zaman belə də mümkündür. Sözsüz ki, Azərbaycanla razılışmaq lazımdır. Elə eləmək lazımdır ki, bu razılıq Azərbaycan üçün də məqbul olsun. Bu çox çətin, birbaşa desək ağır məsələdir”.

Bunu “Valday” klubunun ekspertləri ilə görüşündə Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin bun sözləri oktyabrın 31-də Soçidə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşdən əvvəl danışıb. Paşinyan Azərbaycan və Rusiya liderlərinin görüşəcəyini təsdiqləyib.

Putin görüşdən əvvəl oyun kartlarını “açır”, eyni zamanda yeni suallar doğurur.

“Vaşinqton” variantının Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını nəzərdə tutduğunu bəyan edən Rusiya prezidenti əslində bu prosesin Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması demək olacağından danışır. Belədir ya yox? Təbii ki, Vaşinqton bu bəyanata istənilən formada reaksiya verəcək, lakin qeyd etmək lazımdır ki, Putindən əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci ilin martında parlamentdəki məşhur çıxışında eyni şeyi, sadəcə olaraq, başqa bir ifadə ilə demişdi. Üstəlik, Ermənistanın baş nazirinin bu yanaşmadan danışdığı ABŞ və Avropa İttifaqı bu çıxışı alqışlayır, əslində onların bu yanaşmanı təklif etdiyini təsdiqləyir. Putin Nikol Paşinyanın aylar əvvəl dediyini indi praktiki olaraq daha birbaşa təkrarlayır və çıxışı Vaşinqton və Brüssel tərəfindən müsbət qarşılanır. Beləliklə, diqqətəlayiq olan o qədər də Putinin dedikləri deyil, çünki yenə də qeyd edək ki, Nikol Paşinyan praktiki olaraq daha əvvəl buna eyham vurmuşdu. Əsas məsələ Putinin niyə bunu Soçi görüşündən əvvəl deməsidir.

Bu o deməkdir ki, Putin Soçi görüşünə əvvəlkilər kimi növbəti diplomatik görüş kimi deyil, əslində Ermənistan və Azərbaycana “Vaşinqton” prosesi ilə bağlı “ultimatum” təqdim etməyə hazırlaşır. Putin özü 2020-ci ilin noyabrında verdiyi müsahibədə “beynəlxalq hüquq nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın tərkib hissəsidir” deyəndə faktiki olaraq Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımışdı. “Vaşinqton variant”na istehza ilə yanaşan Putinin təqdim etdiyi “variantda” bu məsələ yoxdur? Belə olan halda Putin öz mövqeyini və ya qiymətləndirməsini “dəyişib”? Bu yerdə, bəlkə də, iki il əvvəlki müsahibədə Putinin “beynəlxalq hüquq” adından danışmasına diqqət yetirmək lazımdır. Bu gün Putin “bir nömrəli düşmən elan edilib” və ya həmin hüququn “pozucusu”, o hüququ “tanımayan” və hətta onun müəyyən etdiyi və tanıdığı sərhədləri dəyişdirmək üçün müharibəyə başlayan şəxsdir. Bu o deməkdirmi ki, Putin həm Ukraynanı, həm Ermənistanı, həm Azərbaycanı, həm də digər post-sovet ölkələrini indiki sərhədləri ilə praktiki olaraq tanımır? Bu sualın cavabı yəqin ki, siyasi vəziyyətdən və Putinin vəziyyətindən asılıdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   Soçi  


Bizi "telegram"da izləyin