Rusiya-Ukrayna müharibəsində hibrid müharibə Qafqaza sıçraya bilərmi? – BAXIŞ BUCAĞI

2019/02/russi-1549707754.jpg
Oxunub: 4700     20:54     25 Avqust 2022    
Avrasiyaçılıq və “Rus dünyası” adlanan ideyaların dəstəkçisi olan rus politoloq Aleksandr Duqinin qızı, atasının ideoloji davamçısı Darya Duqinanın Rusiyadakı səs-küylü qətlinin ciddi nəticələri ola bilər. Bu qətli yalnız Rusiya-Ukrayna müharibəsi çərçivəsində qiymətləndirmək doğru deyil.

Rusiya qətldə Ukrayna xüsusi xidmət orqanlarını günahlandırıb. Hətta Rusiya FTX Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşı və ya millətçi dairələrin nümayəndəsi olan qadın haqqında məlumat verib.

Duqinanın qətlinə daha geniş kontekstdə baxmaq lazımdır, bu, Rusiya-Ukrayna müharibəsinin yeni mərhələsini müəyyən edə bilər. Cinayət Rusiya zonalarında təxribat, partlayışların intensivləşməsi, uzaqmənzilli raketlərin hədəflənməsi ilə paralel baş verir. Krım intensiv atəşə tutulur və gündəlik hədəfə çevrilir.

Nə beynəlxalq ictimaiyyət, nə də Ukrayna Krımı Rusiya ərazisi kimi tanımır, ona görə də həmin bölgəni özünümüdafiə zonası hesab edirlər, lakin Moskvanın yanaşmasına görə, Ukrayna Rusiyanın öz ərazisinə zərbə endirir. Bütün bunlar Zaporojye AES ətrafında yaranmış qeyri-müəyyən və ziddiyyətli vəziyyətə paralel olaraq baş verir.

Ukrayna müharibəsi cəbhə əməliyyatları və artilleriya döyüşü ilə yanaşı hər cür qərarların qəbul oluna biləcəyi hibrid mühariənin intensiv inkişafı mərhələsinə qədəm qoyur. Artıq məlum olur ki, Rusiyanın hərbi əməliyyatının sonunun başlanğıcı, ya da bəlkə də sonu ola biləcək yeni mərhələ başlayır. Güman etmək olar ki, Rusiya özü təbliğat sahəsində bunun üçün zəmin yaradır. Ancaq Krımın hədəfə alınması və ideoloqlarından birinin öldürülməsinə cəhd edilməsi fonunda Rusiyanın dayana biləcəyini təsəvvür etmək çətindir.

Oyun çox mürəkkəbdir. Qərbdə tamamilə fərqli motivasiyalar var. Məsələn, Polşanın baş nazirinin Paris və Berlini Avropa İttifaqının oliqarxı olmaqda günahlandırması, onların Rusiyanın ambisiyalarını vaxtında dayandırmadıqlarını ifadə etməsi son dərəcə qəribədir.

Ümumilikdə Moskvadakı qətl detonator rolunu oynaya bilər. Artıq Ermənistanda Rusiya əleyhinə təbliğat başlayıb. Rusiya buna cavab olaraq Ermənistana etiraz notası verib. Duqinanın avtomobilinə qoyulan bombanın qəlpələri Qafqaza da çata bilər.

Asif Cəfərov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qafqaz  


Bizi "telegram"da izləyin