“Eurosatory 2022”: Türkiyənin “Çukurova Savunma” şirkəti də sərgidə iştirak edib

2022/06/Cukur-1655463776.jpg
Oxunub: 1780     10:50     18 İyun 2022    
Türkiyənin “Çukurova Savunma” şirkətinin dünyanın aparıcı müdafiə və təhlükəsizlik sərgilərindən biri olan “Eurosatory 2022”də iştirak edib.

Ordu.az xəbər verir ki, “Eurosatory 2022” müdafiə və təhlükəsizlik sərgisi 13-17 iyun 2022-ci il tarixləri arasında Fransanın paytaxtı Parisdə keçirilib. Sərgidə Türkiyə şirkəti 8/9 tonluq, 10 tonluq və 14 tonluq 4×4 təkər formullu MPP şassisini və zirehli ekskavatorlarını nümayiş etdirib.

100% yerli sərmayə və işçi qüvvəsi ilə “Çukurova Savunma” damı altında inkişaf etdirilən və istehsal edilən avtomobillər, hər cür sahə şəraitinə uyğun strukturları ilə fərqli xüsusiyyətlərə malik üst quruluş imkanları təqdim edir.

Zirehli ekskavator-yükləyici çoxməqsədli təkərli şassi platforması kimi yenilikçi həlləri ilə ölkə daxilində və xaricdə təhlükəsizlik qüvvələrinin ehtiyaclarını qarşılayır. Şirkət “Eurosatory 2022” sərgisində iki yeni məhsul təqdim edib. Bunlardan birincisi BHL-z zirehli sürətli ekskavator, ikincisi 10 tonluq 4×4 MPP çoxməqsədli təkərli şassi platformasıdır.

16 tonluq zirehli ekskavator sahə əməliyyatlarında fərq yaradan bir sıra texniki xüsusiyyətlərə malikdir:

220 at gücünə malik mühərrik,
6/3 dişli “Ergo-Powershift” elektron ötürücü,
77 km/saat maksimal sürət,
BR7 ballistik müdafiə səviyyəsi
STANAG 4569 2a/2b (simulyasiya) minadan mühafizə

Bu xüsusiyyətləri sayəsində BHL-z yüksək mühafizə təmin etməklə yanaşı, həm də yüksək təhlükə səviyyəsi olan əməliyyat sahələrində ehtiyacları qarşılayaraq öz missiyasını etibarlı şəkildə yerinə yetirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Eurosatory  


Bizi "telegram"da izləyin