“Eurosatory 2022”: ABŞ “Switchblade 600” PUA-larını nümayiş etdirib

2022/06/Aerov-1655463218.jpg
Oxunub: 2989     10:48     18 İyun 2022    
ABŞ-ın “AeroVironment” şirkəti “Eurosatory” sərgisində “Switchblade 600” PUA-larını nümayiş etdirib.

Ordu.az xəbər verir ki, “Switchblade” ABŞ-ın “AeroVironment” şirkəti tərəfindən hazırlanmış və Birləşmiş Ştatlar ordusu tərəfindən istifadə edilən mini “gəzən sursat”dır.

Kiçik ölçülərə malik “Switchblade” boru tipli buraxılış qurğusundan işə salınır hədəf bölgəyə uçur və partlayıcı döyüş başlığını işə salaraq hədəfinə çırpılır.

“Switchblade 600” zirehli texnikaları məhv etmək üçün nəzərdə tutulub. Bundan əvvəlki “Switchblade 300” modeli piyadları məhv etmək üçün hazırlanışdı. ABŞ Ukraynaya 700-dən çox “Switchblade 300” göndərəcəyini bildirib.

Daha böyük “Switchblade 600” sursatının çəkisi 23 kq-dır, insan tərəfindən daşına və 10 dəqiqəyə quraşdırıla bilər. O, 20 dəqiqə ərzində 40 km məsafəyə uçmaq qabiliyyətinə malikdir

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Switchblade   ABŞ  


Bizi "telegram"da izləyin