Ordu.az xəbər verir ki, PUA real vaxt rejimində bölgədəki obyektləri kəşf edir, təsnif edir və tanıyır.
Ultra yüngül, yüksək dayanıqlı dizaynı sayəsində “Luna NG” 12 saatdan çox havada qala bilir. “SatCom” peyk rabitə avadanlığı vasitəsilə PUA-nın uçuş məsafəsi 150 kilometrə qədər artırıla bilər.
Platformanın maksimum faydalı yükü 30 kiloqramdan çoxdur.
“Luna NG” PUA-larının tezliklə Almaniya ordusuna təhvil veriləcəyi qeyd olunur.
Sevinc Əliyeva
Ordu.az