Ordu.az xəbər verir ki, şirkət öz stendində ən müasir qorunan mobil vasitələrini və müdafiə sistemlərini nümayiş etdirib.
Şirkətin təqdim etdiyi C-sUAS sistemləri qısa mənzilli PUA əleyhinə müdafiə vasitələridir. Sistem kiçik PUA-lara qarşı effektiv müdafiə təmin edir.
8x8 təkər formullu AMVXP üstün atəş gücü, müdafiə və hərəkətlilik təmin edən son dərəcə müasir, modul və möhkəm zirehli təkərli avtomobildir. Tam rəqəmsallaşdırılmış avtomobil ən son idarəetmə sistemlərinə malikdir. Maşının üzərinə “Cockerill 1030” silah sistemi yerləşdirilib.
“Patria 6x6” hərbi texnikaları eyni zamanda sülhməramlı və böhranların idarə edilməsi missiyaları və əsgərlərin daşınması üçün sadə, möhkəm və sərfəli avtomobildir. Müasir qoruma və hərəkətlilik təmin edir.
Şirkətin “Sonac ACS” adlı akustik mina təmizləyəni qabaqcıl akustik tətikləmə ilə təsirli minaların aşkarlanması və məhv edilməsi üçün xüsusi olaraq hazırlanıb. Onun yığcam, yüngül çəkisi insansız dəniz platformalarında istifadə üçün nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az