“Eurosatory 2022”: “Israel Aerospace Industries” yeni insansız quru platformalarını təqdim edib

2022/06/Israe-1655375322.jpg
Oxunub: 2282     10:40     17 İyun 2022    
İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti Parisdə keçirilən “Eurosatory 2022” sərgisində yeni insansız quru platformalarını təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

“Rex Mk 2” insansız quru platforması istifadəçilərə situasiya məlumatlılığı, sağ qalma qabiliyyəti və ölümcüllük təklif edir.

IAI-nin stendində bu platformalardan başqa, “Barak MX” Hava və Raketdən Müdafiə Sistemi, “Heron”, “Rotem” və “Mini Harop” PUA-ları nümayiş etdirilir.

IAI prezidenti və baş icraçı direktoru Boaz Levi deyib ki, son illərdə şirkət bir çox Avropa ölkəsinə hava hücumundan müdafiə sistemləri, robot sistemləri, PUA-lar, sərhəd mühafizə sistemləri, kəşfiyyat sistemləri ixrac edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Fransa  


Bizi "telegram"da izləyin