“Eurosatory 2022”: “Puma” PDM-ləri üçün uzaqdan idarə olunan döyüş modulları nümayiş olunur

2022/06/euros-1655375277.jpg
Oxunub: 8069     18:18     16 İyun 2022    
Almaniyanın “Rheinmetall” şirkəti Parisdə keçirilən “Eurosatory” sərgisində “Puma” piyadaların döyüş maşınları (PDM) üçün nəzərdə tutulan uzaqdan idarə olunan döyüş modullarını təqdim edib.

Ordu.az xəbər verir ki, TSWA adlı modullar motoatıcı bölmələri zirehli mühafizə altında idarə oluna bilən, yaxın məsafədən müdafiə üçün nəzərdə tutulan müasir effektorla təmin edir.

Şirkət bildirir ki, bugünkü hibrid missiya ssenarilərində döyüş qüvvələri vəziyyətə uyğunlaşdırılmış şəkildə müxtəlif təhdidlərə cavab verməyi bacarmalıdır. Silah bunu nəzərdə alınaraq hazırlanıb.

TSWA təkcə şəhər mühitində və sabitləşdirmə əməliyyatlarında deyil, həm də bütün əməliyyat spektrində üstünlük təşkil etmək qabiliyyətini kütləvi şəkildə artırır. TSWA “Eurosatory 2022”də ilk dəfə olaraq daha beynəlxalq auditoriyaya təqdim olunur.

Silahın çəkisi yüngüldür. Modul dizaynı texniki xidmət, təmir və ehtiyat hissələrin təchizatını asanlaşdırır. TSWA sadə əməliyyat və yüksək etibarlılıq ilə xarakterizə olunur. Sistem planşet kompüter vasitəsilə əsgərlər tərəfindən idarə olunur. Hədəfləmə sistemlərinə yüksək ayırdetmə qabiliyyətinə malik video kamera, termal görüntü cihazı və lazer diapazonu daxildir. TSWA yüksək effektiv öldürücü və qeyri-öldürücü sursatlar daşıyır. Hazırda 20-yə qədər müxtəlif növ sursat ata bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Puma  


Bizi "telegram"da izləyin