Ordu.az xəbər verir ki, şirkətlər təqdimatın birgə həyata keçirilməsi barədə razılığa gəliblər.
PUA-lar Almaniya şirkətinin “Mission Master XT” döyüş robotları və KF51 döyüş maşınlarının üzərində nümayiş olunur.
PUA-ların unikal dizaynı mülki itkilərin qarşısını almağa, şəhər ərazilərində və ya uzaq yerlərdə dəqiq hücumlar həyata keçirməyə imkan verir. “Hero” sursatları artıq bir sıra ölkələrdə istifadə olunur. 2021-ci ilin yayında ABŞ Dəniz Piyadaları Korpusu əməliyyat vasitələrini “Hero 120 LM” sistemləri ilə təchiz etmək qərarına gəlib.
Sevinc Əliyeva
Ordu.az