Ordu.az xəbər verir ki, təqdimat Parisdə keçirilən “Eurosatory 2022” sərgisində baş tutub.
ATAK (Android əsaslı Taktik Hücum Dəsti) adlı platforma komandirlərin təlim, əməliyyat və texniki xidmət yükünü sadələşdirmək üçün bütün REM məhsullarının komanda-idarəetməsini (C2) özündə birləşdirir.
ATAK smartfonu geoməkan infrastrukturu və hərbi vəziyyət haqqında məlumatlandırma proqramıdır. Bu, dəqiq hədəfləməyə, ətraf ərazinin kəşfiyyatına, situasiya məlumatlılığına, naviqasiyaya və məlumat mübadiləsinə imkan verir.
Sistem ABŞ-ın “Aries Defence” şirkəti ilə birlikdə hazırlanıb. Şirkətlər birgə ABŞ Agentlikləri, SOCOM və ABŞ Dəniz Piyadaları Korpusu tərəfindən istifadə edilən 50-dən çox ATAK işləyib hazırlayıblar.
Sevinc Əliyeva
Ordu.az