Səfirlikdən
Ordu.az-a bildiriblər ki, Vyetnam dövlət qurumları rəsmilərinin, parlament üzvlərinin, diplomatların, ictimaiyyət və KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin xarici media qurumlarına müsahibələrindən tərtib edilmiş videoçarx nümayiş olunub.
Ölkəmizin Vyetnamdakı səfiri Anar İmanov Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun ağır nəticələri, 30 il davam edən işğal nəticəsində Azərbaycanın şəhər və kəndlərinin tamamilə dağıdılması, Ermənistan tərəfindən Azərbaycan şəhərlərinin atəşə tutulması və digər hərbi cinayətlər törədilməsi, Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfəri barədə ətraflı məlumat verib.
Sonra Vyetnam Milli Caz Qrupunun ifasında Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı Vaqif Mustafazadənin əsərləri səslənib. Konsert tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Tədbirdə Azərbaycana aid müxtəlif videolar nümayiş edilib, Qarabağın işğaldan öncəki və sonrakı vəziyyətini əks etdirən fotosərgi təşkil olunub. Tədbir ziyafət ilə davam edib.
Ordu.az