Tbilisidə üzərində Azərbaycan bayrağı təsvir olunmuş 600 ədəd şar havaya buraxılıb - FOTOLAR

2021/11/georg-1636453511.jpg
Oxunub: 7857     14:18     09 Noyabr 2021    
Tbilisidə 8 Noyabr – Zəfər Günü münasibətilə daha iki fləşmob baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Ordu.az-a verilən məlumata görə, ilk olaraq Azərbaycan bayraqları ilə bəzədilmiş üç gəzinti kateri Kür çayı boyunca hərəkət edib.

“Sülh körpü”sündən hərəkətə başlayan katerlər Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının yerləşdiyi əraziyə yaxınlaşanda üzərində Azərbaycan bayrağı təsvir olunmuş 600 ədəd şar havaya buraxılıb. Fləşmob Tbilisi sakinləri və şəhərin qonaqlarının diqqətini cəlb edib.

Axşam saatlarında isə Tbilisinin mərkəzi Rike parkında “Air Baloon Tbilisi” adlı böyük hava şarı Azərbaycan bayrağı və Zəfər rəmzi sayılan Xarı bülbülün təsvirləri ilə işıqlandırılıb.

Aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Gürcüstandakı səfirliyi və Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Gürcüstan   Tbilisi   Zəfər-Günü  


Bizi "telegram"da izləyin