Zəfər Günü münasibətilə Türkan qəsəbəsində ağacəkmə aksiyası keçirilib - FOTOLAR

2021/11/turka-1636452306.jpg
Oxunub: 14413     13:19     09 Noyabr 2021    
Xəzər Rayonunun Türkan qəsəbəsi, Türkan -Hövsan Avtomobil yolunda 8 Noyabr- Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Ordu.az xəbər verir ki, 8 noyabr 2021-ci il tarixdə baş tutan Aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, qəsəbə inzibati ərazi dairləri üzrə nümayəndələr və bələdiyyə sədrləri, şəhid ailələri və qazilər, idarə-müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilən aksiyada 500 ədəd müxlətif növ ağac əkilib, yabanı otların təmizlənməsi və əkilmiş ağacların suvarılması və aqrotexniki qulluq işləri aparılıb.

Ağacəkmə aksiyası bitdikdən sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Şəhid ailələri və qazilərin qayğıları ilə maraqlanıblar.

Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti lham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Türkan   Zəfər-Günü  


Bizi "telegram"da izləyin