Ordu.az xəbər verir ki, öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Daha sonra Azərbaycan bayrağı ilə Zəfər yürüşünə start verilib. Yürüşüdə rayon rəhbərləyi, idarə əməkdaşları, şəhid ailələri, vətən müharibəsi qaziləri, döyüşçülər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhər mərkəzindən başlayan yürüş Şəhidlər xiyabanına qədər davam edib. Vətən ümahribəsi şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarət edilib. Daha sonra Heydər Əliyev parkında Zəfər gününə həsr edilən tədbir keçirilib, Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər tariximizin zəfər səlnaməsi olan əlamətdar gündən söhbət açıblar.
Qeyd edilib ki, Ali Baş Komandanın rəhbərllyi və rəşdətli Azərbaycan ordusunun əks hücumu nəticəsində 44 gün müddətinə torpaqlarımız yağı düşməndən azad olundu. 30 illik Vətən həsrətinə son qoyuldu. Zəfər günü ilə əlaqədar, həmçinin şəhidlərin xatirəsinə ağac əkmə aksiyası keçirilib. Daha sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.
Zəfər Günü musiqili konsert proqramı ilə davam edib.
Ordu.az