Ordu.az xəbər verir ki, nazirliyin rəsmilərinin, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin iştirakı ilə keçirilən ağacəkmə kampaniyası zamanı 2 hektar ərazidə 2000 ədəd Eldar şamı və zeytun ağacları əkilib.
Qeyd edək ki, ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində əkilən ağaclar ETSN-in tinglik sahələrində yetişdirilib.
Ordu.az