Zəfər Günü İğdır şəhərində qeyd olunub - FOTOLAR

2021/11/16363-1636369535.jpg
Oxunub: 31620     14:53     08 Noyabr 2021    
Azərbaycanın Qarabağda qazandığı şanlı Qələbənin birinci ildönümü, 8 Noyabr – Zəfər Günü münasibətilə Türkiyənin İğdır şəhərində təntənəli mərasim keçirilib. Azərbaycanın Qarsdakı Baş konsulluğu ilə Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDF) tərəfindən birgə təşkil olunan mərasimə yerli hakimiyyət orqanlarının rəhbərləri, siyasi partiya təmsilçiləri, şəhər ictimaiyyətinin görkəmli nümayəndələri qatılıblar.

Ordu.az xəbər verir ki, mərasimdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev və Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri, yazıçı-publisist Sərdar Ünsal çıxışlarında şanlı Zəfərin əhəmiyyətindən danışıblar. Qazanılan Qələbə Azərbaycanın dövlətçilik tarixinin şərəfli Zəfər salnaməsi kimi dəyərləndirilib. Diqqətə çatdırılıb ki, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin nəsillərə örnək olan ibrətamiz kəlamları bu gün də dillərdən düşmür: Azərbaycan və Türkiyə əbədiyyətə qədər çiyin-çiyinə yaşayacaq və inkişaf edəcəklər!

Çıxışlarda vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu erməni faşizmini məhv edib.

Mərasim Zəfər mahnılarının da yer qaldığı zəngin musiqili proqramla davam edib. Əsrarəngiz ifalar iştirakçılar tərəfindən coşqu ilə qarşılanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: İğdır   Zəfər-Günü  


Bizi "telegram"da izləyin