Zəfər Günü münasibətilə Lima şəhərinin mərkəzi parkında musiqili fəvvarə nümayiş olunub - FOTOLAR

2021/11/16363-1636364531.jpg
Oxunub: 24009     13:32     08 Noyabr 2021    
Azərbaycanın Zəfər Günü münasibətilə Perunun paytaxtı Lima şəhərinin ən çox ziyarət edilən “Parque de la Reserva” mərkəzi parkında şəhər bələdiyyəsinin dəstəyi ilə musiqili fəvvarə və işıqlandırma nümayiş olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən Ordu.az-a bildirilib ki, nümayiş zamanı parkın fəvvarələri Azərbaycan dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. Eyni zamanda, gecəboyu xüsusi lazer-işıqlandırma texnologiyası ilə fəvvarələr üzərində tanınmış Azərbaycan bəstəkarlarının əsərləri, eləcə də vətənpərvərlik ruhunda musiqilərin müşayiəti ilə Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi, Bakıda təşkil olunmuş Zəfər paradı, habelə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti və turizmi barədə video və fotokadrlar nümayiş etdirilib və parka gələn minlərlə ziyarətçi tərəfindən maraqla izlənilib.

Mərasimdə Peruda akkreditə olunmuş diplomatik korpus üzvləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Lima   Zəfər-Günü  


Bizi "telegram"da izləyin