Vətən müharibəsindən bəhs edən fotojurnal nəşr edilib - FOTOLAR

2021/11/16363-3272618132.jpg
Oxunub: 4306     20:06     07 Noyabr 2021    
Azərbaycanın 44 günlük Vətən müharibəsindən bəhs edən fotojurnal nəşr edilib.

Ordu.az xəbər verir ki, jurnalın təsisçiləri hərbi əməliyyatlar zamanı müharibəni işıqlandıran fotomüxbirlərdir. Belə ki, Əziz Kərimov, Ehtiram Cəbi və Roman İsmayılov hərbi əməliyyatlar aparılan ərazilər, həmçinin atəşə məruz qalan şəhərlərdən çəkdikləri fotoları bir yerə toplayaraq jurnal şəklində dərc ediblər.

“JPEG” jurnalı yalnız fotolardan və fotoların çəkildiyi ərazi və tarixdən ibarətdir. Jurnalın təsisçilərindən olan fotomüxbir Əziz Kərimov məqsədlərinin faktları oxucuya heç bir şərh olmadan çatdırmaq olduğunu bildirib: “Biz yalnız faktları çatdırırıq. Nəticə çıxarmağı isə oxucularımıza, izləyicilərimizə saxlayırıq. Jurnalda müxtəlif fotolar var. Bəziləri sevinc və qürur, digərləri kədər və təəssüf hisslərinə səbəb olur. Jurnalistin peşəkar etikası faktları təhrifsiz çatdırmaqdır və düşünürəm ki, biz buna nail olmuşuq”.

Qeyd edək ki, “JPEG” jurnalında dərc olunan fotoları əvəzsiz edən məqamlardan biri də fotoların həyati təhlükəli şəraitdə çəkilməsidir. Dərc olunan materialların nadirliyi baxımdan ölkədə bənzəri olmayan “JPEG” jurnalı “Azərnəşr” tərəfindən təmənnasız çap edilib.

İlk sayı 1000 tirajla buraxılan jurnal ödənişsiz əsasda müxtəlif qurumlara paylanılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Vətən-müharibəsi   Fotojurnal  


Bizi "telegram"da izləyin