Tbilisidə Zəfər Günü münasibətilə fləşmob keçirilib - FOTO

2021/11/57119-1636306987.jpg
Oxunub: 2445     21:24     07 Noyabr 2021    
Tbilisi şəhərinin mərkəzində yerləşən Rike parkda 8 Noyabr – Zəfər Günü münasibətilə fləşmob keçirilib.

Bu barədə Ordu.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Üzərində Zəfər bayramının və Şuşanın simvolu - Xarı bülbülün təsviri olan ağ köynək geyinmiş 60 gənc göy, qırmızı, yaşıl rəngli, aypara və səkkizguşəli ulduzun yer aldığı lövhələrdə Azərbaycanın dövlət bayrağının təsvirini yaradıblar.

Fləşmob şəhər sakinlərinin və parkdakı turistlərin marağına səbəb olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Tbilisi   Zəfər-Günü  


Bizi "telegram"da izləyin