Zəfər Günü münasibətilə Türkiyədə silsilə tədbirlər keçirilir - VİDEO+FOTOLAR

2021/11/57ae7-1636196298.jpg
Oxunub: 5737     14:40     06 Noyabr 2021    
Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi və Səfirliyin nəzdində Hərbi Attaşelik Aparatı tərəfindən Ankara şəhərində təntənəli tədbir keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə Türkiyənin Milli Müdafiə naziri cənab Hulusi Akar və qardaş ölkənin digər dövlət və hökumət nümayəndələri, xarici ölkələrin hərbi attaşeləri, həmçinin Ankarada müalicə alan qazilərimiz və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi orkestrinin ifasında səsləndirilən vətənpərvərlik mövzusunda musiqi nömrələri qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.



Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Zəfər-günü  


Bizi "telegram"da izləyin