Türkiyəyə göndərilən qazilərimiz sağalaraq Vətənə dönüblər - FOTOLAR

2021/11/25220-1635765282.jpg
Oxunub: 20911     15:13     01 Noyabr 2021    
Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən qazilərimizin bəziləri qismən, digərləri isə tam sağalaraq Vətənə geri dönüblər.

Fonddan Ordu.az-a bildirib ki, həmin şəxslər aşağıdakılardır:

1. Duniyev Kamil Əlibala oğlu
2. Əkbərov Xəyal Hüseyn oğlu
3. Əliyev Kamran Yasir oğlu
4. Ağaməmmədov Yusif Fizuli oğlu
5. Şükürov Tural Vüqar oğlu
6. Əzizli Səddam Nazim oğlu
7. Həsənov Anar Rasim oğlu
8. Musazadə Şöhlət Möhübbət oğlu
9. Quliyev Şahin Famiq oğlu
10. Camalov Taleh Musa oğlu

Qeyd olunub ki, onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondunan bildirilib ki, Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 44 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

Qeyd olunub ki, fond qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: YAŞAT   Türkiyə  


Bizi "telegram"da izləyin