“Zəfər yarmarka”sında hərbi texnika nümayiş olunur - FOTOLAR

2021/10/3e8f4-8177580095.jpg
Oxunub: 18850     17:58     29 Oktyabr 2021    
Zəfər günü ilə əlaqədar Dənizkənarı bulvar ərazisində keçirilən “Zəfər yarmarka”sında Azərbaycan Ordusunun silahlanmasında olan bir sıra silah, texnika və PUA nümunələri, eləcə də müxtəlif təminat növləri nümayiş etdirilir.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim olunur.

Tədbirdə həyata keçirilən “Əsgərə məktub” layihəsi qonaqlar tərəfindən maraqla qarşılanıb və onlar həvəslə Vətən keşiyində duran Azərbaycan əsgərinə sevgi dolu məktublar yazıblar.

Qeyd edək ki, Azərbaycan Ordusunda zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək üçün təhsil müəssisələrinə qəbul qaydaları barədə ətraflı məlumatların əks olunduğu bukletlər yarmarkaya təşrif buyuran vətəndaşlara paylanılacaq.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Zəfər-yarmarkası  


Bizi "telegram"da izləyin