Müdafiə Nazirliyindən
Ordu.az-a verilən məlumata görə, qonaqlara xüsusi təyinatlı təhsil müəssisələrinin tarixi və fəaliyyəti barədə brifinq təqdim edilib.
Türkiyəli nümayəndə heyəti təhsil müəssisələrinin ərazisi, tədris korpusları, maddi-texniki bazası və muzeyi ilə tanış olduqdan sonra tədris prosesini izləyib.
Professor E.Afyoncu təhsil müəssisələrindəki xatirə kitablarına öz ürək sözlərini yazıb.
Sonda qonaqlara komandanlıq adından hədiyyələr təqdim edilib.
Ordu.az