İsrail şirkəti Avropaya atəşə nəzarət texnologiyası satmaq istəyir

2021/10/78978-1634629894.jpg
Oxunub: 26781     16:52     19 Oktyabr 2021    
İsrailin “Smart Shooter” şirkəti istehsal etdiyi atəşə nəzarət sistemlərini antidron texnologiyası ilə maraqlanan və təhlükəsizlik qüvvələrini gücləndirən hökumətlərə təqdim etmək üçün Fransa və İspaniyaya gedir.

Ordu.az xəbər verir ki, bu barədə “Defense news” nəşri yazıb.

İsrail şirkəti “Smash” həllər ailəsi ilə tanınır və artıq “Smash 2000 Plus” və “Smash Hopper” yüngül uzaqdan idarə olunan döyüş modullarını təqdim etmək üçün Parisə gəlib.

Şirkətin “Smash” ailəsi hücum tüfənglərinə inteqrasiya oluna bilər. Şirkət kiçik PUA təhdidləri ilə mübarizə aparmaq üçün “bir zərbə, bir vuruş” qabiliyyətində ixtisaslaşıb, yəni sistem hər bir atış üçün tüfəngin atəşini idarə edir.

Avropa ölkələri artan PUA təhdidlərinə qarşı daha çox həll yolu axtarır. Bunlara kiçik mülki kvadrakopter və daha böyük PUA-larla mübarizə sistemləri daxildir. ABŞ həmçinin avropalı tərəfdaşlarını PUA-lara qarşı müdafiəsini artırmağa təşviq edib.

ABŞ Dəniz Piyadaları “Smash 2000” sistemini sınanması üçün əldə edib. ABŞ Hərbi Dəniz Qüvvələri hazırda gəmilərə qarşı PUA təhdidləri ilə mübarizə üçün texnologiyanı qiymətləndirir. Sistem təhlükə siqnalını sıradan çıxarmaq üçün radar və optikdən istifadə edən digər antidron sistemlərindən fərqli olaraq, personalın tüfəngdən istifadə edərək PUA-ya zərbə endirməyə imkan verən kinetik həlldir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Smash   PUA  


Bizi "telegram"da izləyin