Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi öz mənbələrinə istinadən yayıb.
Mənbələrə görə, sınaqlara 2-si tırtıllı, 3-ü isə təkərli olmaqla 5 ədəd platforma cəlb edilib.
Testin bir hissəsində robotlar müstəqil olaraq, insanların iştirakı olmadan vəzifələrini icra edib, hədəfləri təyin edib, tapşırıqları öz aralarında paylayıb və digər fəaliyyətləri yerinə yetiriblər.
Sınaqların müvəffəqiyyətlə başa çatdığı bildirilir, növbəti mərhələdə robotlar kəşfiyyat PUA-ları ilə birlikdə sınaqları keçiriləcək.
Sevinc Əliyeva
Ordu.az