Türkiyədə “Ulaq” və “Albatros” insansız dəniz platformalarının kütləvi istehsalı başlayır

2021/10/ULAQ--1634542529.jpg
Oxunub: 22522     12:24     19 Oktyabr 2021    
Türkiyədə “Ulaq” və “Albatros” insansız dəniz platformalarının dəniz sınaqları tamamlanıb və kütləvi istehsal prosesinə start verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir “Kanal 7” telekanalına müsahibəsi zamanı məlumat verib.

Dəmir bildirib ki, inventara qəbul edilən platformalar bir çox əməliyyatlar həyata keçirə və müxtəlif sistemlərdən istifadə edə bilər. Platformalarda radioelektron mübarizə vasitələri yerləşdirilə və müxtəlif silah qüllələri quraşdırıla bilər.

Komitə sədri “Twitter” hesabında sürü halında işləyə bilən insansız dəniz platformaları layihəsinin birinci mərhələsinin tamamlandığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ulaq   Albatros  


Bizi "telegram"da izləyin