Ordu.az xəbər verir ki, 5 Oktyabar Müəllimlər gününə həsr olunan tədbirdə çıxış edən xidmətin Tovuz rayon şöbəsinin rəisi polkovnik-leytenant Ceyhun Əliyev 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən və bu zəfərdə pay sahibi olan müəllimlərin əməyindən söz açıb.
O, tovuzlu gənclərin ön cəbhədə mərdliklə döyüşüdüyünü və yüksək əzmkarlıq göstərdiyini vurğulayıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqla ordunun vəhdət təşkil etdiyi döyüşlər zamanı istər ön, istərsə də arxa cəbhədə çalışan müəllimlər fəallığı ilə seçiliblər.
Tovuzlu gənclərin vətənpərvər ruhda böyüməsində müəllim əməyi yüksək qiymətləndirilib. Vətən müharibəsinin iştirakçısı olan təhsil işçiləri onlara göstərilən diqqət və qayğıya minnətdarlıq ifadə ediblər.
Tədbirin sonunda müəllimlərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi tərəfindən qiymətli xatirə hədiyyələri təqdim olunub.
Ordu.az