Salyanda “Qarabağ” ordenli şəhidin adına xatirə bulağı istifadəyə verilib - FOTOLAR

2021/09/30cea-11431023100.jpg
Oxunub: 20055     15:52     30 Sentyabr 2021    
Salyan rayonunda şəhid mayor Hüseynağa Salman oğlu Balıyevin adına xatirə bulağının açılışı olub.

Ordu.az xəbər verir ki, açılış mərasimində şəhidin ailə üzvləri, Salyan Rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər və ictimaiyyətin nümayəndələri işitirak ediblər.


Mərasimdə H.Balıyevin qısa, lakin şərəfli, qəhrəmanlıqla dolu həyatından söz açılıb. Onun işğal altında olan torpaqlarımızın azad edilməsində göstərdiyi qəhrəmanlığın gələcək nəsillərə nümunə olacağı xüsusi vurğulanıb.

Sonra şagirdlər Vətənə, qəhrəmanlığa aid şeirlər söyləyiblər.


Sonda şəhidin məzarı ziyarət olunub, məzarın üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Hüseynağa Salman oğlu Baliyev 1987-ci ildə Salyan rayonunun Stansiya yaşayış massivində doğulub. Heydər Əliyev adına məktəbin məzunu olan H.Balıyev Vətən müharibəsi başlanan gün komandiri olduğu taborun əsgərləri ilə birgə Cəbrayıl, Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərib. Oktyabrın 8-də Xocavəndin Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub.


Ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Salyan   Şəhid  


Bizi "telegram"da izləyin