Baş Prokurorluğun Mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, 26-28 sentyabr tarixlərdə Baş Prokurorluğun işçiləri hər bir şəhid və döyüşlərdə yaralanmış qazi ailəsinin üzvləri ilə görüşərək onların dərdlərinə şərik olub, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş yenilməz Azərbaycan Ordusunun hər bir üzvünün qəhrəmanlıqlarından danışıblar.
Ziyarətin yekununda xatirə fotoşəkilləri çəkilib.
Ordu.az