Xaçmaz RİH rəhbərliyi şəhid ailələri ilə görüşlərini davam etdirir - FOTOLAR

2021/09/shehi-1632380008.jpg
Oxunub: 1665     10:27     23 Sentyabr 2021    
30 illik həsrətə son qoyaraq düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsində Xaçmazın igid, mərd oğulları da döyüşlərdə əsl qəhrəmanlıq göstərərək uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldilər.

Ordu.az xəbər verir ki, bu gün rayonda bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğul və qızlarımız, onların ailələri daim yad olunur. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və aparatın məsul şəxsləri 27 sentyabr - Anım günü ərəfəsində şəhid ailələri ilə görüşlərini davam etdirir.

Rayon rəhbərliyi bu dəfə Maqsudkənd, Seyidlikəndyeri, Nabran, Müzəffəroba, Xaspoladoba, Şıxaput, kəndlərindən eləcə də Xaçmaz şəhərindən olan və 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan oğullarımızı yad edib. Şəhid ailələri ilə birlikdə qəhrəman oğullarımızın məzarları üzərinə tər qərənfillər düzərək, Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyublar.

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb.

Şəhid ailələri hər zaman onlara göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər:

Xaçmaz RİH rəhbərliyi şəhid ailələri ilə görüşlərini davam etdirir - FOTOLAR

2021/09/shehi-1632380008.jpg
Oxunub: 1666     10:27     23 Sentyabr 2021    

Bizi "telegram"da izləyin