TÜBİTAK SAGE-dən “Gözde” və “Gökce” idarəolunan döyüş başlıqları - FOTOLAR

2021/08/GOZDE-4889864925.jpg
Oxunub: 27028     16:34     26 Avqust 2021    
TÜBİTAK SAGE tərəfindən hazırlanan “Gözde” və “Gökce” adlı yeni idarəolunan döyüş başlıqları 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF) ilk dəfə sərgiləndi.

Yeni qanad quruluşları və lazer axtarıcı başlığının əlavə edilməsi sayəsində hərəkət edən hədəflərə qarşı daha təsirli və daha dəqiq olacaq “Gözde” və “Gökce” “KGK-SİHA-82” ilə birlikdə TÜBİTAK SAGE-in idarəetmə dəstlərində gələcək nəsli təmsil edəcək.


“Gözde”

Yeni idarəolunan döyüş başlıqları hədəf dəyişdirmə, lazer axtarıcı başlığa inteqrasiya edilmiş yaxınlaşma sensoru və bütün hava şəraitində gecə-gündüz istifadə etmək qabiliyyəti ilə tətbiq edildiyi platformalara daha çevik nişanlanma imkanları təmin edəcək. “Gözde” və “Gökce” zərbə PUA-ları və döyüş təyyarələrinin sursatları ilə 50 km/saat sürətlə hərəkət edən hədəflərə qarşı istifadə edilə bilər.


“Gökce”

Mk-82 ümumi təyinatlı bombalar üçün hazırlanmış və SERT-82 və Mk-82T (Tendürek) kimi bombalarla da istifadə edilə bilən “Gözde” HGK-82 ilə müqayisə edildikdə, yenilikləri sayəsində hərəkət edən hədəflərə qarşı daha təsirli olacaq. Lazer axtarıcı başlığı və azalan sapma dərəcəsi sayəsində partlayışın mərkəzi hədəfinə yaxın olacaq və təsiri ideal səviyyəyə yaxınlaşacaq. Bu qabiliyyətlər sayəsində zərbə PUA-ları və döyüş təyyarələri hava hücumundan müdafiə imkanları məhdud olan düşmən karvanlarına və döyüş gəmilərinə qarşı son dərəcə təsirli bir silah olacaq.

Mk-83 ümumi təyinatlı bombalar üçün hazırlanmış və ilk dəfə sərgilənən SARB-83 və SARB-83T ilə də istifadə oluna bilən “Gökce” HGK-83 ilə müqayisədə, daha uzun məsafəyə və hərəkət edən hədəflərə qarşı daha yüksək effektivliyə malik olacaq. SARB-83 və SARB-83T ilə birlikdə istifadə edilə biləcəyini nəzərə alsaq, nüfuzedici təsir gücü ilə bunkerlərdən başqa iritonnajlı düşmən gəmilərinə də, xüsusilə termobarik SARB-83T ilə böyük çaplı zərbə vura bilər.

Taktiki-Texniki Xüsusiyytələri


ANS: İnersial Naviqasiya Sistemi
KKS: Qlobal Naviqasiya Sistemi (GPS)
LAB: Lazer Axtarıcı Başlıq


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TÜBİTAK-SAGE   Gözde   Gökce  


Bizi "telegram"da izləyin