“Kaplan NG” yüngül və orta çaplı, 120 mm silah sistemli, insanlı və insansız qüllə sistemləri ilə mümkün inteqrasiya variantları olan FNSS şirkəti tərəfindən hazırlanmış modul vasitədir. Zirehli maşınlar kəşfiyyat, komanda-idarəetmə, mühafizə, tibbi təxliyyə, xilasetmə, döyüş istehkamı, birbaşa və ya dolayı atəş dəstəyi kimi tam spektrli missiyaları yerinə yetirmək üçün modul konfiqurasiyaya malikdir.
“Kaplan NG” öhdəsinə götürdüyü vəzifədən asılı olaraq, ən az 21 at gücü/ton güc-çəki nisbətinə malik, avtomatik transmissiyalı və müasir əsas döyüş tankları ilə birlikdə işləyə bilən yeni nəsil zirehli döyüş maşını kimi önə çıxır.

Avtomobilin təkmilləşdirilmiş asma sistemi (nəqliyyat maşınlarında hərəkətetdirici hissələri (təkər, vərdənə, xizək) maşının gövdəsi ilə birləşdirən mexanizm və detallar sistemi) avtomobilin titrəməsini azaltmaq üçün hazırlanıb. “Kaplan NG” ehtiyaca uyğun olaraq fərqli missiya avadanlıqlarının asan inteqrasiyasını təmin edən açıq dizaynlı avtomobil elektronikası infrastrukturuna malikdir.
Döyüş sahəsindəki dəyişən təhdidlərə təsirli bir həll təqdim etmək üçün modul inkişaf sistemləri ilə təchiz edilmiş “Kaplan NG” ballistik, mina və əldəqayırma partladıcı təhlükələrə qarşı müdafiə paketlərinə malikdir. “Kaplan NG” tank əleyhinə raketlərə qarşı aktiv müdafiə sistemi də təklif edir.
Taktiki-Texniki Xüsusiyyətləri
Güc/Çəki dərəcəsi: >20 at gücü/Ton
Mühərrik: Turbo dizel
Sürət qutusu: 700-1000 at gücü
Asma sistemi: Avtomatik
Elektrik sistemi: 24 V.
Ekipaj: 12 (Topçu, Sürücü və Komandir)
Magistralda sürəti: 70 km/saat
Torpaqda yolda sürəti: 40 km/saat
Əyilmə: 60%
Yana əyilmə: 30%
Xəndək aşma: 2 m
Şaquli maneə aşma: 90 sm
Mənzil: 500 km
Avadanlıq
Əsas Silah: 30, 35 və ya 40 mm Avtomatik Top
İkinci silah: 7.62 mm pulemyot quraşdırılmış silah qülləsi
Qüllə növü: Uzaqdan idarə edilən silah sistemi
Qoruma və Dəstək Sistemləri
Minalardan müdafiə: STANAG 4569
Əldəqayırma partlayıcı qurğudan qoruma: STANAG 4569
Kimyəvi, bakterioloji, radioloji və nüvə təhdidlərindən qorunma: Standart
Dəyanət Ağalarlı
Ordu.az