Zakir Həsənov “IDEF-2021” sərgisinin açılışında iştirak edib - FOTOLAR

2021/08/7da8a-11404514226.jpg
Oxunub: 28682     18:29     17 Avqust 2021    
Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvətilə avqustun 17-də İstanbul şəhərində keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisinin təntənəli açılış mərasimində iştirak edib.

Bu barədə Ordu.az Mudafiə Nazirliyinə istinadən xəbər verir.

Müdafiə naziri sərgidə müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesinin "ASELSAN", "ROKETSAN", "HAVELSAN", "ASPİLSAN" və bir sıra digər şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib.

Görüşlərdə tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Zakir-Həsənov   IDEF-2021  


Bizi "telegram"da izləyin