Ordu.az xəbər verir ki, bunu Ermənistanın Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Milli Mərkəzinin Yoluxucu və Qeyri-Yoluxucu Xəstəliklər Epidemiologiya İdarəsinin rəisi Romella Abovyan deyib.
“Son 14 günün yoluxma hallarını əvvəlki 14 günlə müqayisə etsək, yolxuma hallarında artım olduğunu görürük. Dünən yolxuma hallarında 45 faiz artım qeydə almışdıq, bugünkü analizlər nəticəsində bunun 46 faiz olduğunu müəyyənləşdirdik. Virusun yayılma göstəricisi 1-dən yuxarıdır, 14 günlük hesablamaya görə, 1,1-dir, yeddi günlük hesablamaya görə isə 1,3-dür, yəni qarşıdakı yeddi gündə 2900-dan yuxarı yoluxma halı qeydə ala bilərik”, - deyə Abovyan qeyd edib.
O əlavə edib ki, delta ştammı ilə əlaqədar bütün dünyada gərgin vəziyyət müşahidə olunur və Ermənistan da istisna deyil.
Alpər Mövludoğlu
Ordu.az