SOM məhsul ailəsi SOM-A, SOM-B1, SOM-B2 və F-35 döyüş təyyyarələri ilə uyğun olan SOM-J versiyasından ibarətdir. SOM-A, SOM-B1 və SOM-B2 quru hədəflərinə qarşı istifadə edilərkən, SOM-J dəniz hədəflərinə qarşı təsirli istifadə olunur.
ROKETSAN ailənin digər üzvlərinə görə yeni qabiliyyətlər əldə etməyi hədəflədiyi SOM-C1 və SOM-C2 versiyalarının seçim proseslərini davam etdirir.
TÜBİTAK SAGE İnstitutunun direktoru Gürcan Okumuş “Defence Turk” nəşrinə verdiyi müsahibədə deyir:
“Defence Turk”: SOM qanadlı raketinin A və B modelləri kütləvi istehsaldadır. C-1 və C-2-nin inkişafı davam edir. C-1 və C-2-nin hazırkı vəziyyətini ümumiləşdirə bilərsinizmi? Bir-birindən fərqləri və xüsusiyyətləri nələrdir?
Gürcan Okumuş: SOM C1 və C2-ni digər SOM məhsullarından fərqləndirən əsas xüsusiyyət “datalink”ə sahib olması və dəniz hədəfləri üçün istifadəsidir. Bir çox qabiliyyət qazanmış SOM qanadlı raket “datalink” sayəsində C1 və C2 versiyalarında dəniz hədəflərinə qarşı da təsirli şəkildə istifadə edilə bilər. C1 və C2 arasındakı əsas fərq C2-nin B2 kimi nüfuzedici döyüş başlığına sahib olmasıdır.
Qanadlı raketlər üçün ən müasir texnologiyalardan istifadə edərək inkişaf etdirilən SOM məhsul ailəsi quru və dəniz hədəflərinə qarşı lazımi əməliyyat elastikliyini dəstəkləyəcək modul dizaynı ilə seçilir. SOM-A, SOM-B1 və SOM-B2-nin 250 kilometrə qədər, SOM-J-nin 250 kilometrdən çox uçuş məsafəsi və dünyadakı həmkarları ilə müqayisədə daha az çəkisi bu raketləri diqqət mərkəzində saxlayır.
SOM-A və SOM-B1 fuqaslı döyüş başlığına, SOM-B2 eyni kütləli tandem nüfuzetmə başlığına və SOM-J yarı zirehdəlici başlığa malikdir. SOM raketləri uçuş öncəsi proqramlaşdırmaya görə missiyalar arasında seçim edə bilər. Raketlərin “datalink” texnologiyası ilə uçuş zamanı proqramlaşdırıla bilən yeni nəsil naviqasiya sistemi ilə təmin edilməsi səyləri davam edir.
SOM-A, SOM-B1 və SOM-B2-nin Taktiki-Texniki Xüsusiyyətləri
Raket: SOM-A - SOM-B1 - SOM-B2
Uzunluq: ~ 4 m ~ 4 m ~ 4 m
Ağırlıq ~ 600 kq ~ 600 kq ~ 600 kq
Mənzil: 250 km, 250 km, 250 km
Döyüş başlığı: Qəlpəli/Fuqaslı - Qəlpəli/Fuqaslı - Tandem nüfuzetmə başlığı
Döyüş başlığı: Ağırlığı ~ 230 kq ~ 230 kq ~ 230 kq
Axtarıcı başlıq - - İnfraqırmızı - İnfraqırmızı
İdarəetmə Sistemi: ANS/KKS/YRNS - ANS/KKS/YRNS/GRNS/OHA - ANS/KKS/YRNS/GRNS/OHA
Platformalar: F-4/F-16 - F-4/F-16 - F-4/F-16
SOM-J-nin Taktiki-Texniki Xüsusiyyətləri
Uzunluğu: 3.9 m
Çəkisi: 540 kq
Mənzil: 275 km
Döyüş başlığı: Fuqaslı, qəlpəli , zirehdələn
Döyüş başlığının çəkisi: 140 kq
Axtarıcı başlıq: İnfraqırmızı
İdarəetmə Sistemi: ANS/KKS/YRNS/GRNS/OHA
Platforma: F-35/F-16
*ANS: İnersial Naviqasiya Sistemi
*GPS: Qlobal Naviqasiya Sistemi
*YRNS: Yerüstü Naviqasiya Sistemi
*GRNS: Görüntülü Naviqasiya Sistemi
*OHA: Avtomatik Hədəf Aşkarlama
*IIR: İnfraqırmızı Görüntü Axtarıcı
Dəyanət Ağalarlı
Ordu.az