Xətaidə şəhidlərin xatirə löhvələrinin açılış mərasimi keçirilib - FOTOLAR

2021/08/44d43-16285111670.jpg
Oxunub: 26416     16:06     09 Avqust 2021    
Xətai rayonunda Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Kazımağa Kərimovun və Vətən Müharibəsi şəhidi polkovnik-leytenant Babək Ramaldanovun xatirə löhvələrinin açılış mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, mərasimdən öncə doğum günü münasibətilə şəhid polkovnik-leytenant Babək Ramaldanovun II Fəxri Xiyabanda məzarı ziyarət olunub.


Açılış mərasimində Müdafiə Naziriliyinin, Xətai rayon İcra Hakimiyyəti Aparatının nümayəndələri, şəhidlərin döyüş yoldaşları, ailə üzvləri, eləcə də digər idarə, müəssisə, təşkilat və ictimai birliklərin təmsilçiləri iştirak ediblər.

Açılış mərasimində çıxış edənlər- polkovnik Abdulla Qurbani, polkovnik Şair Ramaldanov, rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəvə başqaları hər iki qəhrəmanın Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında göstərdikləri şücaətdən söz açıb, onların döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildiriblər.


Çıxış edənlər müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğulayıblar.

Şəhid Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə canını fəda edən oğlu ilə qürür duyduğunu deyib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Müdafiə-Naziriliyi   Xətai-rayon  


Bizi "telegram"da izləyin