Şamaxıda şəhidin xatirəsi anılıb, adına tikilən bulağın açılışı olub - FOTOLAR

2021/08/16285-16285021910.jpg
Oxunub: 18307     13:38     09 Avqust 2021    
Şamaxı rayonunun Bağırlı kəndindən olan Vətən müharibəsi şəhidi Naiq Ələkbərovun xatirəsi ad günündə uyuduğu Şamaxının şəhidlər xiyabanında ehtiramla anılıb, kənddə adına tikilən bulağın açılışı olub. Yaşasaydı Naiqin 27 yaşı tamam olacaqdı...

Ordu.az xəbər verir ki, mərasimə gələn rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, kənd sakinləri, şəhidin döyüş yoldaşları, Müdafiə Nazirliyinin əməkdaşları, yaxınları Naiq Ələkbərovun məzarını zıyarət edib, üzərinə çiçəklər düzüblər.


Çıxışlarda şəhidin şərəfli həyat yolu barədə danışılıb, Azərbaycan Silahlı Qüvvələrinin Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalçı Ermənistan ordusu üzərində qazandığı qələbənin tarixi əhəmiyyətindən bəhs olunub. Vurğulanıb ki, Naiq və onun kimi şəhid Vətən oğullarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Anım mərasimindən sonra iştirakçılar Bağırlı kəndinə gələrək şəhidin xatirəsinə tikilən bulağın açılışını ediblər.


Qeyd edək ki, Naiq Faiq oğlu Ələkbərov 1994-cü ildə Şamaxı rayonunun Bağırlı kəndində dünyaya göz açıb. Orta məktəbi bitirən Naiq Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsini bitirib, sonra XTQ-da gizir kimi xidmət etməyə başlayıb. Ötən ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində cəbhəyə yollanıb. Cəbrayıl, Xocavənd, Füzuli və Kəlbəcər uğrunda döyüşlərin qızğın nöqtələrində olub. Sentyabrın 28-də Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə Naiq şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Prezidentin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şamaxı   Şəhid-xatirəsi  


Bizi "telegram"da izləyin