Ordu.az xəbər verir ki, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlərin xatirəsinə həsr olunan park Quba şəhərinin Yusif Qasımov küçəsində yerləşir.
Şəhidlərin ailə üzvləri parkda jurnalistlərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüblər, ruhlarına dua oxuyublar. Daha sonra onlar öz təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən AZƏRTAC-ın əməkdaşı M.İbrahimov və AzTV-nin operatoru S.Abışov iyunun 4-də onları aparan nəqliyyat vasitəsinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində ermənilərin basdırdığı tank əleyhinə minaya düşməsi nəticəsində şəhid olublar.
Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli sərəncamı ilə hər iki şəhid jurnalist 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib.
Ordu.az