“Mənim atam qəhrəmandır!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib - FOTOLAR

2021/08/menim-14652739143.jpg
Oxunub: 1522     16:54     04 Avqust 2021    
Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, o cümlədən “Fire Land Production”ın birgə təşkilatçılığı ilə “Dreamland Golf Club” ərazisində Vətən müharibəsində canlarından keçmiş şəhidlərin övladları üçün “Mənim atam qəhrəmandır!” adlı layihənin növbəti tədbiri keçirilib.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin zabitləri, Gənclər və İdman Nazirliyinin nümayəndələri, şəhidlərin ailə üzvləri, övladları və digər qonaqların iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, silsilə tədbirlərdən ibarət olan “Mənim atam qəhrəmandır!” layihəsinin məqsədi cəmiyyətdə müzəffər ordumuzun nüfuzunu daha da yüksəltmək, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etmək və gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsində birgə səylərin artırılmasıdır.

Tədbirdə şəhid övladlarının istirahətini maraqlı edən əyləncəli proqram və yoqa idman növü üzrə mütəxəssislərin məşqləri nümayiş olunub. Məqsəd onlarda idmana maraq oyatmaq, eləcə də qəhrəman övladlarının səmərəli istirahətini təşkil etmək, uşaqlara tək olmadıqlarını, daim xalqımızın diqqət və qayğısı ilə əhatə olunduqlarını hiss etdirməkdir.

Tədbirin qonağı olan Xalq artisti Röya Ayxanın səsləndirdiyi mahnılar uşaqların əyləncəsini daha da rəngarəng və maraqlı edib.

Tədbir qəhrəman şəhidlərimizin ailə fotolarından ibarət videoçarxın nümayişi və şəhid ailələrinin övladlarına “Xarıbülbül” döş nişanının təqdim edilməsi ilə davam edib.

“Mənim atam qəhrəmandır!” layihəsinin növbəti tədbiri şəhid övladlarının səmaya ağ göyərçinləri uçurması və dünyaya “Müharibə olmasın!” mesajınının verilməsi ilə sona çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər:

“Mənim atam qəhrəmandır!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib - FOTOLAR

2021/08/menim-14652739143.jpg
Oxunub: 1523     16:54     04 Avqust 2021    

Bizi "telegram"da izləyin