Ordu.az xəbər verir ki, bunu 1992-1995-ci illərdə Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olmuş, 1993-cü ildə Müdafiə naziri vəzifəsini icra etmiş general-leytenant Norat Ter-Qriqoryants Arşak Karapetyanın Ermənistanın Müdafiə naziri təyin edilməsinə münasibət bildirərkən deyib.
“Tonoyan Ermənistanın Müdafiə naziri olanda mən narazılığımı bildirmişəm. O, bacarıqsızlığı, mədəniyyətsizliyi, təkəbbürlüyü ilə erməni ordusunu nüfuzdan saldı. Yaxşı ediblər ki, onu bu vəzifədən uzaqlaşdırıblar. Vağarşak Harutyunyan müvəqqəti nazir idi. O, insan kimi yaxşı adamdır, amma hərbi məsələlərdə o qədər də savadlı deyil”, - deyə Qriqoryants qeyd edib.
O bildirib ki, yeni Müdafiə naziri fədailəri tərifləmək əvəzinə silahlı qüvvələrin təbliğatı ilə məşğul olmalıdır.
Alpər Mövludoğlu
Ordu.az