Bu münasibətlə keçirilən tədbirdə rayonun rəhbər işçiləri, ağsaqqallar və ziyalılar, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon şöbəsinin və digər ictimai təşkilatların nümayəndələri, şəhidlərin ailə üzvləri, hərbi qulluqçular iştirak ediblər.
Ordu.az xəbər verir ki, tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, SHXÇDX-nin rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, iki şəhid anası Ziba Əsgərova, Masallı Rayon Ağsaqqallar Şurasının sədri, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli, yazıçı-publisist, jurnalist Ələşrəf Niftiyev, “Masallı ziyalıları” İctimai Birliyinin sədri, “Tərəqqi” medallı Qardaş Fətullayev, Rayon Gənclər Evinin direktoru, "Füzulinin azad olunmasına görə" medallı Fuad Mənsimov və başqaları 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Masallıdan olan döyüşçülərin qəhrəmanlıqlarından danışaraq ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən dövlət qayğısını yüksək dəyərləndiriblər.
Müharibə iştirakçıları və şəhid ailələrin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Ordu.az