Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, axtarış işləri zamanı 3 erməni hərbi qulluqçunun cəsədi tapılıb.
Qeyd olunur ki, Azərbaycan Rusiyanın sülhməramlı missiyasının vasitəçiliyi ilə daha 3 cəsədi Ermənistan tərəfinə təhvil verib.
Ümumilikdə bu gün Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən erməni hərbi qullqiçulara məxsus 6 cəsəd evakuasiya edilib. Onların kimliyi məhkəmə-tibbi ekspertizadan sonra təsdiqlənəcək.
13 Noyabr 2020 -ci ildən etibarən aparılan axtarış tədbirləri nəticəsində 1629 erməni hərbi qulluqçunun cəsədi evakuasiya edilib.
Alpər Mövludoğlu
Ordu.az